Gülüş bir günəşdir, o qışı insanin üzündən qovur....
01.04.2019

Aldadaq yoxsa aldanaq?

1 aprel zarafatları təqvimdə və yaddaşımızda gülüş günü kimi xatırlanır. Yaranma tarixi lap qədimlərə dayanan 1 aprel tarixi dünya ölkələrinin əksəriyyəti üçün gülüş günüdür.  Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi, Böyük Britaniyada "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" olaraq qeyd edilir. Hər kəs bu gün qaygısız və şən görünməyə çalışır. Bu tarixdə bir-birini aldatmaq adətinin olması da hər birimizə məlumdur və bunun yaranması   haqda müxtəlif versiyalar mövcuddur. Ən çox yayılmış versiya qədim Roma ilə əlaqəlidir. Romada vaxtilə hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və onlar bu bayramı "ağılsızların günü" kimi adlandırırlarmışlar. Belə ki, hadisələr qapı qulluqçularından birinin imperator Konstantini zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyərkən başlayıb. Əlbətə k, bu fikrində   qulluqçu onu ürəkləndirib. Konstantin isə ona söylədiklərini həyata keçirmək imkanı verərək xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

Gülüş gününün yaranması ilə baglı çox sayda rəvayətlər mövcuddur. Müxtəlif ölklərdə fərli şəkildə yaranıb gülüş günü. Düşünürük ki, dünyanın harasında yaşamasından asılı olmayaraq təbəssümə hər birimizin ehtiyacı olub və bu səbəblər bu günkü tarixi yaşatmaga hər birimizi sövq edib.

 Digər bir versiya isə Fransa ilə baglıdır. Yeni il bayramı Fransada məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edir, hədiyyə olaraq bir- birlərinə təzə balıq göndərərdilər. Bu gün fransızlar üçün “aprel balıgı” günü idi. XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i - yanvarın 1-i günlərində bayram edilməyə başladı. Lakin "Aprel balığı günü" də unudulmadı.  Belə ki, həmin gün fransızların gülüş gününə çevrildi zamanla.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-i "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar heç bir cəza almadan öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilərdilər. Onların düşüncəsinə əsasən onlar bu hərəkətlərlə öz mənfi emosiyalarını "söndürə bilirdilər".

1 aprel zarafatları” haqqında fərqli baxışlar, inanclar və əfsanələr mövcuddur təbii ki. Eyni zamanda bu günü “axmaqlar gunu” də adlandırırlar.

Ölkəmizdə də 1 aprel zarafatları və inancları vardır.

Qısa bir haşıyə çıxaraq olmuş bir əhvalatla yazımıza davam edirik: Belə ki, 1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi ilə baglı ağaclarda spagetti yetişməyə başladığı xəbərini verib izləyicilərə.  Bu xəbərə istinadən tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhətini verir. İzləyiciləri inandırmagı bacaran televiziya heyəti sonda bunun bir zarafat olduğunu nəzərə çatdırıb.

Hədisələrdən, günlük qarşılaşdıgımız streslərdən azad olmanın ən əlverişli yolu üzümüzdə təbəssüm yaratmaqdır, bəzən isə pisiliklərə qalib gəlməyin yeganə qaydası, ən üstün enerjimiz gülüb keçməkdir. Heç zaman üzünüzdən gülüşü əksik etməyin. Hər zaman gülün. Qaldı ki, aldanmaq və aldatmaga içində xöşbəxt oldugunuz hər bir andan zövq alaraq həyatı dolucasına yaşayın. Bir- birimizi bu gün az da olsa aldadıb aldansaqda düşünürük ki, bu günə rəgmən bu zarafatı bagışlamaq olar. Sonda isə problemlərdən dolayı nə olursa olsun birinə   bir lütf edərkən hər zaman yɑnınɑ bir də təbəssüm əlɑvə etməyi unutmayın.