İranda kamera qarşısında kədərli baxışlarla ailəsinin ac olduğunu dilə gətirən çarəsiz atanın videosu sosial mediada geniş müzakirə mövzusu olub.
Ölü heyvan ətini evinə aparmağa məcbur olan kişi deyir: “Haram olsa da fərqi yoxdur, iki ildir ət yeməyən arvadım və uşağım üçün aparıram”.
İranda iqtisadi böhranın sadə insanlara necə ağır təsir etdiyinin əyani sübutu olan bu yoxsul kişi sonda bildirib: “Desən ki, cinayət törət, ailəm üçün bunu da edərəm”.
visiontv.az