Göyərtəsində 180 nəfər olan Ukrayna təyyarəsinin İranda qəzaya uğramasının səbəbi açıqlanıb
08.01.2020

Ukrayna sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi açıqlanıb.

Visiontv.az-ın məlumatına görə, Tehranın İmam Xomeyni Aeroportunun rəsmi nümayəndəsi İRNA agentliyinə bildirib ki, qəzaya təyyarənin mühərrikinin alışması səbəb olub.

Qeyd edək ki, göyərtəsində 180 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.