Göyçayda azyaşlılar maraqlı bir ilkə imza atdılar - VİDEO
05.11.2020

Göyçayda balaca vətənpərvərlər Azərbaycanda ilk dəfə olaraq öz yaşıdları arasında bir ilkə imza atıblar.

Visiontv.az-ın Axar.az-a istinadən verdiyi xəbərə görə, onlar dağın səthinə daşlarla “Qarabağ Azərbaycandır!” yazıblar.

Sadə daşları ağ boyalarla rəngləyərək bu gözəl mənzərəni ərsəyə gətirən balacalar deyir ki, onlar televiziya vasitəsilə Ali Baş Komandan İlham Əliyevin qələbə xəbərlərini eşitdikdən sonra sevinc və qalibiyyət hisslərini belə qeyd ediblər.

Azyaşlı vətənpərvərlər tərəfindən atılan bu addım onların valideynlərinin, rayon sakinlərinin də marağına səbəb olub. Yerli sakinlər oraya gələrək, sözügedən yazı ilə foto çəkdirir və balacalarla həmsöhbət olurlar.