Görünür belə səfərlər sərhəddə vəziyyəti gərginləşdirmək üçün onlara stimul verir - Sahib Alıyev
Görünür belə səfərlər sərhəddə vəziyyəti gərginləşdirmək üçün onlara stimul verir - Sahib Alıyev
04.08.2021 Sahib Alıyev Tərəfindən

İranın Ermənistandakı səfirinin ABŞ-ınkı kimi Azərbaycanla sərhəddə gətirilib mövqelərimizin göstərilməsi baxıram ki, sosial şəbəkədə kəskin tənqid edilir. Səbəbi aydındır, çünki, bu hərəkət sərhəd məsələsində Ermənistana dolayı dəstək jestidir.

Amma kim bilir bəlkə, haylar Abbas Bədəxşana mövqelərimizi yox, artıq azad edilmiş torpaqlarımızda bir zaman dağıtdıqları məscidlərimizi, evlərimizi göstərirlər. O dağıdılan məcsid və evlərin daşlarının, taxtalarının əhəmiyyətli bir hissəsinin ucuz tikinti materialı kimi hara daşındığını, necə satıb-aldıqlarını yada salırlar.

Maraqlıdır ki, ABŞ səfirini sərhəddə gətirdikləri gün olduğu kimi, İranınkı da gəlib-gedən kimi düşmən mövqelərimizi atəşə tutub. Görünür belə səfərlər sərhəddə vəziyyəti gərginləşdirmək üçün onlara stimul verir.

Sahib Alıyev
Visiontv.az