Görkəmli ziyalılar mətbuat vasitəsilə milli şüurun formalaşmasına və inkişafına güclü təkan veriblər - deputat
22.07.2021

"Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür. 1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər". 

Bunu Visiontv.az-a açıqlamsında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist hər gün ölkəmizin inkişafı naminə yorulmadan çalışır. 

Deputat həmçinin Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, peşəkar fəaliyyətlərində uğurlar arzulayıb