Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qafqaza gəldi
13.08.2020

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xüsusi inspeksiya təlimlərini izləmək üçün Cənub Hərbi Dairəsinə gəlib.

Visiontv.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, general Cənub Hərbi Dairəsinin poliqonlarındakı bölmələrin praktik fəaliyyətini yoxlayıb.

Nazirlik Cənub Hərbi Dairəsindəki xüsusi təlimlərin “Qafqaz-2020” strateji komando-qərargah təliminə hazırlığın yoxlanılması mərhələsi olduğunu bildirib.

Qeyd edək ki, Cənub Hərbi Dairəsinə Şimali Qafqaz, Rusiyanın Cənubi Qafqazdakı bazaları, Krım, Qara dəniz donanması, Xəzər donanması daxildir.