Gəncənin simvolik gerbi yenidən yerinə quraşdırılıb
Gəncənin simvolik gerbi yenidən yerinə quraşdırılıb
22.09.2022 MEDİA Tərəfindən

Gəncənin 6 metr hündürlükdə olan simvolik gerbinin təmiri yekunlaşıb. Artıq gerb Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və xüsusi texnikası vasitəsilə özünün ənənəvi yerinə - Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərinə yerləşdirilib.

Xatırladaq ki, bu ilin mart ayının 20-də Gəncə şəhərində əsən güclü külək nəticəsində şəhərin Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbi aşaraq zərər görüb. 6 metr hündürlükdə olan gerbə baxış zamanı simvolların bəzilərinin yararsız hala düşdüyü aşkar olunub. Gəncə Şəhər İcra Hakimiyyəti basçisinin tapşırığı ilə gerb şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi texnikaları vasitəsilə əsaslı təmir məqsədilə qurumun emalatxanasına aparılıb. Burada mütəxəssislər tərəfindən əsaslı təmir olunmasına başlanıb və gerbin üzərindəki ornamentlər xüsusi alətlərlə sənətkarlar tərəfindən bərpa edilib.

Binnət İsmayılov
Visiontv.az