Gəncədə yeni təyinat
21.07.2020

Gəncə şəhər Təhsil İdarəsinə yeni rəis təyin edilib.

Visiontv.az-ın verdiyi xəbərə ssasən, yaş həddi ilə bağlı təqaüdə göndərilən Zakir Hüseynovun əvəzinə bu vəzifəyə Anar Qədiməliyev təyin edilib. O, bu təyinata kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Qədiməliyev Anar Yusif oğlu 31 oktyabr 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsilini alıb. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Xaricdə Təhsil Dövlət Proqramı və ABŞ-ın Fulbright Tələbə Proqramını qazanaraq Florida Universitetində magistr təhsilini davam etdirib.

BAKU.WS