Gəncədə  yaralı hərbçilərin ailələrinə  ziyarətlər davam etdirilir
22.09.2022

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində yaralanan hərbçilərin ailələrinə ziyarətlər davam edir. Gəncə Şəhər Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Sərxan Fərəcov və Ələsgər Xasıyevin evində olublar. 

Görüş zamanı qeyd olunub ki, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də 12-14 sentyabr tarixlərində düşmən tərəfindən törədilən təxribatda igid oğullarımız hər zaman öz sücaətləri ilə seçilib. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun sıralarında fəxrlə qulluq edir və hər zaman torpaqlarımızın müdafiəsindədirlər.  

Rəsmilər hərbi qulluqçuların ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların sosial-məişət problemlərinin həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verərək, ailəyə müvafiq köməklik göstəriblər. 

Qeyd edək ki,  Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Sərxan Fərəcov 44 günlük Vətən müharibəsində də iştirak ediblər. Sərxan Fərəcov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı” və “Şuşanın azad olunmasına görə” medalları ilə təlif olunub.
Xatırladaq ki, hazırda stasionar müalicələri davam edən hərbi qulluqçuların səhhətləri qənaətbəxşdir.

Binnət İsmayılov
Visiontv.az