Gəncədə Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş sərgi açılıb - FOTOLAR
Gəncədə Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş sərgi açılıb - FOTOLAR
12.09.2022 MEDİA Tərəfindən

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş sərgi baş tutub 

Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, AMEA-nın Gəncə bölməsinin əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri iştirak ediblər.

Sərgidə Gəncə şəhər Uşaq İncəsənət və Rəssamlıq Məktəblərinin rəsm əsərləri, Gəncədə yaşayıb-yaradan sənətkarlardan Saləddin Məhərrəmovun (ağac üzərində işləmə), Nizami Abbasovun (ağac üzərində oyma), Rasim Hüseynovun (cini qablar üzərində miniatür işləmə) və Rza Məmmədovun (dulusçuluq üzrə işləmə) əl işləri nümayiş olunub.

Qeyd edək ki, sərgi 14 sentyabr tarixlərinə kimi davam edəcək.

Binnət İsmayılov
Visiontv.az