Gəncədə mütamadi təmzilik işləri görülür - FOTOLAR
Gəncədə mütamadi təmzilik işləri görülür - FOTOLAR
05.09.2022 MEDİA Tərəfindən

Yay mövsümündə Gəncə sakinlərinin və şəhərimizin qonaqlarının mənalı istirahətinin təmin edilməsi məqsədilə iyul ayının 1-dən etibarən başlanan “Təmiz şəhər” aylığı davam etdirilir. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları ay əzrində şəhərin müxtəlif ərazilərində iməcliklər təşkil edib, təmizlik işləri aparırlar

“Təmiz şəhər” aylığı çərçivəsində MKTİB-in Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən bir sıra çoxmənzilli yaşayış binalarının həyətlərində, Heydər Əliyev prospektində, 5-ci mikrorayonda, Ələkbər bəy Rəfibəyli, Üzeyir Hacıbəyov və Sidqi Ruhulla, Əttarlar, Azərbaycan bayrağı, Tbilisi, Üzeyir Hacıbəyov, İdris Məşədi Zaman oğlu küçələrində və onların kəsişmələrində, “Metallurq” stadionu və onun ətrafında, Qələbə parkında, Məmməd Bürcəliyev küçəsində yerləşən sahilyanı parkda və Gəncəçay çayının məcrasında təmzilik işləri görülüb, mövcud olan yaşıllıqlara qulluq göstərilib. 

Adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də toz-torpaqdan təmizlənib. Bundan əlavə şəhərin müxtəlif prospekt və küçələrində yerləşən avtobus dayanacaqlarında təmizlik işləri görülüb. Dayanacaqların oturacaqları və şüşələri yuyulub silinərək səliqəli şəkilə salınıb.

Məlumat üçün bildirək ki, aparılan işlərin məqsədi şəhər əhalisinin və qonaqların rahatlığını təmin etmək, eləcə də Gəncə şəhərinin küçələrində səliqə-səhman yaratmaqdır. Sakinlərdən və şəhərimizin qonaqlarından görülən işləri dəstəkləmələri və təmizliyə riayət etmələri xahiş olunur. 

Qeyd edək ki, analoji işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

Binnət İsmayılov
Visiontv.az