Gəncədə iftar süfrəsi verilib - FOTOLAR
Gəncədə iftar süfrəsi verilib - FOTOLAR
21.04.2022 MEDİA Tərəfindən

Türk Hava Yollarının Gəncə nümayəndəliyi tərəfindən artıq üçüncü ildir ki, Ramazan ayında iftar süfrəsi təşkil olunur. Bu ilki iftar yeməyi Türk Hava Yollarının Azərbaycana etdiyi ilk uçuşun 10-cu illiyinə təsadüf edib. 

Visiontv.az xəbər verir ki, iftarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztükr, Millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyas, Gəncədə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri, Gəncə Beynəlxalq Hava Limanının əməkdaşları iştirak ediblər.

Çıxışlarda mübarək Ramazan günlərində iftar süfrələrinin təşkil edilməsinin önəmindən danışılıb, bu cür addımların birlik, bərabərlik nümunəsi olduğu vurğulanıb. Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyas həmçinin pandemiya sonrası görüləcək işlər və gələcək planlardan söz açıb. 

İftarın sonunda üç nəfərə uçuş bileti, THY ilə sıx əməkdaşlıq edən turizm agentliklərinin nümayəndələrinə isə “Təşəkkürnamə”lər təqdim olunub. 

Ramazan ayı münasibətilə daha bir tədbir isə TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən həyata keçirilib. Belə ki, Agetnlik Gəncə şəhərində ərzaq yardımı paylayıb. Yardım aksiyası “Türk insanının qəlbindən, hər şey bir təbəssüm üçün” devizi altında reallaşıb. Aksiya zamanı Gəncə şəhərində yaşayan 250 şəhid, qazi və aztəminatlı ailələrə yardım paketləri təqdim olunub.

Binnət İsmayılov