Gəncə İdman Klubunun üzvləri 20 yanvar şəhidlərini anıb
20.01.2020

Gəncə İdman Klubunun üzvləri 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə iştirak edib.

Klubun mətbuat katibi Zaman Məmmədovun Visiontv.az-a verdiyi məlumata görə, Gəncədəki Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimində klubun prezidenti Elvar Osmanov, vitse-prezident Elşən Abbasov və digər üzvlər iştirak edib.

Mərasimdə 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə 11-ci Qızıl Ordunun paytaxt Bakıya hücum edərək 150-yə yaxın dinc sakini qətlə yetirməsindən, Azərbaycan xalqının həmin gecə çəkdiyi əzablardan danışılıb.

Tədbirdə ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlər yad edilib, dualar oxunub.