5.06.2020
Axtar
Gündəlik
alt

Gəncə İdman Klubunda yeni təyinat

Gəncə İdman Klubuna yeni təyinat olub.

Klubun vitse-prezidenti vəzifəsinə iş adamı Elvin Abbasov təyin edilib.

 

Visiontv.az-a açıqlama verən Abbasov, kluba dəstək olmanın onun üçün böyük şərəf olduğunu qeyd edib: Abbasov deyib: "Azərbaycan gəncliyi hər zaman özünü idman sahəsində sübut etmişdir. Dünya bizi idman ölkəsi olaraq tanıyır. Gəncə İdman Klubumuzda gənclərin idmana sadəcə fənd olaraq yox, əsl idmançı ruhu və təfəkkürü, milli-mənəvi dəyərləri ilə yetişdiriləcəyinə inanıram. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. Gəncə İdman Klubunu Azərbaycanın ən nümunəvi idman klubları arasında ən üst sıralara daşıyacağımıza tam əminəm."

 

Yeni təyinatla bağlı açıqlama verən klubun prezidenti Elvar Osmanov, Elvin Abbasovla çalışmaqdan məmnuniyyət duyduqlarını bildirərək, “Biz hər zaman Azərbaycan gəncliyinin yanındayıq. Məqsədimiz, Azərbaycan idmanının inkişafına dəstək olmaq, ölkənin idman şərəfini qorumaqdır. Üç rəngli bayrağımızı zirvədə dalğalandırmaq,vətənə sağlam gənclər yetişdirməkdir!” dedi.  

 

Qeyd edək ki, Elvin Abbasov 2013-cü ildə "Vision TV" MMC şirkətini təsis edib. 2015-ci ildə “Bələdiyyələrin vahid ödəmə sistemi”ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur. 2015-ci ildə “Sərmayənin Milliləşməsi” və eyni zamanda bu sahədə “Milli internet resuslarının yaradılması” fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır.

Abbasovun, milli internet resurslarının ölkə üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyinə dair mətbuatda müxtəlif zaman dilimlərində məqalələri dərc edilmişdir.

O, 2017-ci ildən etibarən “Virtual Azerbaijan Group of Companies” MMC şirkətində direktor vəzifəsinə təyin edilərək, İT sahəsində bir neçə uğurlu dövlət layihələrinə imza atmışdır.

 

Şərh