“Gəncə” idman klubunda kiçik yaşlı cüdoçular arasında turnir keçirilib
“Gəncə” idman klubunda kiçik yaşlı cüdoçular arasında turnir keçirilib
08.11.2022 MEDİA Tərəfindən

“Gəncə” idman klubunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş kiçik yaşlı cüdoçular arasında turnir keçirilib.

Klubdan Visiontv.az-a bildiriblər ki, yarışı “Gəncə” klubunun İdarə Heyətinin sədri Elvar Osmanov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhid ailələri və qazilər izləyiblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra idmançılara uğurlar arzulanıb.

Yarışın sonunda qalib gələn idmançılar Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Tədbirdə fərqlənən müəllim və hakimlərə “Təşəkkürnamə”lər verilib. İkinci Qarabağ müharibəsində iştirak edən qazilərə fəxri fərmanlar təqdim edilib.

Sonda isə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri və kollektiv adından göstərdiyi diqqəti və qayğıya görə E.Osmanov fəxri fərmanla təltif olunub.

Binnət İsmayılov