Gəncə İdman Klubu yeni loqosunu təqdim edib
30.08.2020

Qədim və şərəfli tarixini özündə yaşadan, Gəncəmizin adını daşayan Gəncə İdman Klubu İctimai Birliyinin yeni loqosunu təqdim edib.

Visiontv.az xəbər verir ki, təqdim olunan loqoda Gəncənin tarixi və milli ruhumuzu əks etdirən elementlər cəmləşmişdir.

İnanırıq ki, Nizami yurdunun ruhunu özündə yaşadan və milli dəyərlər üzərində formalaşan yeni gənc idmançılarımız bizi dünya arenasında  çox sevindirəcəkdir!