“Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyəti baş konsul Zeki Öztürk ilə görüşüb
“Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyəti baş konsul Zeki Öztürk ilə görüşüb
04.07.2022 MEDİA Tərəfindən

İyulun 1-də “Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvar Osmanov və klubun hüquq sektorunun müdiri Sərxan Sadıxov Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk ilə görüşüb.

Visiontv.az xəbər verir ki, görüşdə Elvar Osmanov Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.

Qeyd olunub ki, 2020-ci ildən fəaliyyətə başlayan klub özündə bir neçə idman növünü birləşdirir. Hazırda klubun bazasında əsaslı təmir-bərpa işləri həyata keçirilir. Yaxın günlərdə bazanın açılış mərasimi təşkil olunacaq.

Konsul Azərbaycanda idman sahəsində əldə olunan uğurları yüksək qiymətləndirib, qardaş şəhərlər olar olan Gəncə və Sivas arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Gələcəkdə qarşılıqlı təlim-məşq toplanışlarının təşkilinin vacibliyi diqqətə çatdırıb.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra konsula klubun xatirə hədiyyəsi təqdim olunub. ​

Sonda konsul klubun bazasının açılış mərasiminə dəvət olunub.