Gəncə Filarmoniyasında Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş növbəti konsert olub
17.06.2024

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenum davam edir.

Filarmoniyadan  verilən xəbərə görə, plenumun ikinci günü  Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Kamera musiqisi konserti baş tutub.

Qara Qarayevin "Prelüdlər", “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Firəngiz Əlizadənin “İmpuls”- violin və piano üçün pyes, Oqtay Zülfüqarovun "Skertso",  Lalə Cəfərovanın romansları, Ayaz Qəmbərlinin  “Hüzn” pyesi səsləndirilib. Konsert proqramında Əməkdar artist  Fəridə Məmmədova, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları  Zakir Əsədov, Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Orxan Hüseynov (violonçel) iştirak ediblər.

Sonda görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletindən Rəqs səsləndirilib.

visiontv.az