18.08.2019
Axtar
Gündəlik
alt

Gəlin qaynananı DÖYƏ bilərmi?-ARAŞDIRMA

 Sosial həyatımızda rastlaşdığımız maraqlı hadisə və problemlərdən biri də hər birimizin bildiyi gəlin- qaynana problemidir.  Amma bu dəfə başqa aspektdə. Çünki, son dövrlərin ən dəbdə olan hadisələri gəlin- qaynana arasındakı bu münasibətin lap pik töqtəsinə gəlib çıxıb deyə bilərik. Artıq sosial statusundan asılı olmayaraq gəlin qaynanaya  nəinki əl qaldıra bilir, onu təhqir etmək el dilində desək hətta ” bəridə” qalır.  Nə dərəcədə düzgün olub- olmaması haqqında bir fikir bilməsək də deyə bilərik ki, anoloji hadisələr gün- gündən təkrarlanıb, lap adi hal almağa başlayır.

Ümumiyyətlə münasibətlərdə döyülmə nə dərəcədə düzgündür? Döyüş problemdən çıxış yoludurmu? Xüsusən də gəlinin qaynanasını döyməsindən söhbət gedirsə. Müsahibimiz  psixoloq Aida Nəbiyevadır.

- Əzəldən gəlinlər qaynanalara zülüm edirdilər, indi əksinədi hadisələr və dəbdir gəlinin qaynananı döyməsi. Sizcə nə ilə əlaqəlidir bu?

-Bəli artıq neçənci faktdir ki, biz görürük ki, subardinasiyanı pozurlar, yəni gənc nəsil yaşlı nəsilə qarşı kobudluq edir. Bəzən əksini görürük. Mən düşünürəm ki, bu insanların həddindən artıq aqressivləşməsi, emosional probleminin yaranması və sinir sistemlərinin gərgin olması ilə bağlıdır. Bu əslində bəzi insanların tərbiyyə tendensiyasında da olan problemlərə də bağlıdır. Məsələ burasındadır ki, insan tərbiyyə sistemi düzgün qurulmuyanda  böyüklə də öz yaşıdı kimi rəftar eliyir və o zaman aqressiyasını da o cür bəlli eliyir, biruzə verir.

Belə vurğulayırlar ki, gəlin-qaynana arasında qalan bu münasibətlərin səbəbi qeybətcil fikirlərdir. Məsələn bir qiz uşağına gələcək qaynanası olmadan ona nifrət hissi aşılanır, qız onu tanımadan ona artıq nifrət edir. Səbəblər müxtəlif olsa da,  Aida xanım bu məsələyə belə aydınlıq gətirdi:” İnsanlar mənə elə gəlir ki, “ Azadlıq” sözünü anarxiya kimi başa düşür,müstəqillik sözünü tamam başqa cür  və o yolda artıq heç bir məhdudiyyət görmək istəmirlər. Bu da bir növ o məsələlərlə bağlıdır.  Bir də bəzən əslində qeyd edək ki, gənc nəsillər yalnışlar eliyirsə, bəzən orta nəsillər də yalnışlar eliyir. Həddindən artıq aqressiv davranmalar olur, qaynanası ona necə davranıbsa o da  gəlininə elə davranır. Amma o bir şeyi dərk eləməlidir ki, indiki gənc nəsil onun keçmiş yaşadıqlarını və ötürdüklərini, unutduqlarını heç də unudan gənc nəsil deyil."

Əzəldən gəlinlər qaynanalara zülüm edirdilər, indi əksinədi hadisələr və dəbdir gəlinin qaynananı döyməsi. Burda bir çox təsirlər, faktorlar olsa da, müsahibimiz qaynana- gəlin münasibətlərində bir çox  hallarda kənar təsirin çöx güclü olduğunu, bəzən ailənin birinci dərəcəli qohumları deyil, yan qohumlar, bir az daha uzaq qohumların o konfliktlərdə daha konkret iştirak edərək məsələni daha da qəlizləşdirdiyini  və bunun da  təbii ki, münasibətləri daha da gərginləşdirdiyini əlavə etdi

 Müsahibimizə ünvanladığımız suallardan ən maraqlısı isə  qaynana və gəlin arasında olan “rəqib” anlayışı ilə bağlı sual oldu:

- Deyilənə görə gəlin və qaynana arasında  rəqib anlayışı, bir gün əlimdən alacaq deyə qaynananın qorxu yaşaması və “müharibənin” qızışmasına səbəb olur.. Maraqlıdır gəlin və qaynana həqiqətən də rəqidilərmi? Psixoloji baxımdan yanaşsaq bunun ruhla, şəxsiyyətlə əlaqəsi varmı ?

-Qaynana gəlinin, gəlin qaynananın rəqibi ola bilməz. Çünki onlar tamam başqa sosial statuslardır və tamam ayrı yaşlardadılar. Sadəcə olaraq burada bəzi qaynanalarda uzun illər oğluna bağlılıq və zamanla oğlunu itirmək qorxusu olur. Bu baxımdan gərginlik yaşayırlar. Şəxsiyyətlə bağlı daha çox məsələlər var.  Çünki,  qaynana-gəlin munasibətləri daha çox fərdi fərdlərlə idarə olunur. Yəni o demək deyil, hər evdə qaynana- gəlin munasibətləri var. Əsla! Fərqli ailələrdə fərqli cür bu dəyişir.

-Son olaraq tövsiyyələrinizi bilmək istərdik?

-Mən düşünürəm ki, bu istiqamətdə həm yaşlı həm gənc nəslə mütləq daha individual yanaşmaq lazımdır. Onlarla fərdi və qrup terapiyalar aparmaq lazımdır ki,  bu məsələ nəticə versin. Adətən belə münasibətlərdə insanlar kəskin sözlər, aqressiv ifadələr istifadə eliyir. Amma bu məsələnin çözüm yolu deyil. Ona görə ki, məsələni daha da aqressiv eliyir.

Müsahibə üşün təşəkkür edirik.

Visiontv.az         Şəlalə Babayeva

Şərh yazın