Gedək Pivə xanımın dodaqlarından öpək-şair Əsəd Qaraqaplan
05.06.2020

Bu gün ruhu gözəl Vaqif Səmədoglunun doğum günüdür.

Məndən 2 gün qabaq doğulub gözəl şair. Və birlikdə çox gözəl günlərimiz olub.

Hər dəfə mənə zəng edirdi ki, Əsədcan, hardasan? Deyirdim ki, işdəyəm ustad. Deyirdi, bəlkə gedək Pivə xanımın dodaqlarından öpək?! Gedək deyirdim, ustad.

Otururduq, elə gözəl və pozitiv söhbətlərimiz olurdu ki, dəhşət yumor hissi də vardı. Həm də özü deyər, susar, gülməz, ama hamını güldürərdi.

Deyirdi, kimi istəyirsən çağıraq? Deyirdim, filankəsi, o saat çağırırdıq...

Sevdiyin insanlarla bir yerdə olmaq, məncə, bu dünyanın ən lüks anlarıdır, ən sevimli və ən dəyərli anları. Nə yaxşı ki, bu gözəl insanı tanıdım və onunla çox gözəl anlarım oldu...

Ruhun şad olsun, ustad. Bir gün Pivə xanımı da götürüb gələcəm yanına... 

Visiontv.az