Gədəbəydə ağır qəza - 2 ölü, 2 yaralı
28.02.2020

Gədəbəy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Visiontv.az-ın verdiyi xəbərə görə, “Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar arasında iki azyaşlı uşaq və ana var. Ana Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Uşaqların vəziyyəti ağır olduğundan onlar özəl xəstəxanalardan birinə aparılıb. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı araşdırma başlanılıb.

BAKU.WS