Füzuli Dövlət Dram Teatrı yeni mövsümünü “Yaddaş” tamaşası ilə açdı
26.10.2021

Füzuli Dövlət Dram Teatrı pandemiya və qapanmalardan sonra yeni mövsümünü açıb.

Teatr Akif Həsənoğlunun “Yaddaş” tamaşası ilə sənətsevərlərin görüşünə gəlib.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa edir. 

Tamaşa Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə həsr olunub. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.