Fransanın məqsədi Türkiyənin regionda planlaşdırdığı "Altılıq" platformasının qarşısını almaqdır - Məhəmməd Əsədullazadə
Fransanın məqsədi  Türkiyənin regionda planlaşdırdığı "Altılıq" platformasının qarşısını almaqdır - Məhəmməd Əsədullazadə
27.07.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri N. Paşinyanın Rusiyanın ölkəsində mövqeyini zəiflətmək istiqamətində atdığı addımlardan biri üç tərəfli bəyanatalardan yayınaraq Avropa İttifaqı və Fransanın təhriki ilə yeni bir siyasi mərhələ başlatmaqdır.

Bu prosesə ABŞ -da dəstək verir. Məqsəd Fransa və  ABŞ-ın  Türkiyənin regionda planlaşdırdığı "Altılıq" platformanın qarşısını almaqdır. Ermənistan rəhbərliyi bununla "Zəngəzur" dəhlizinin açılmasından yayınmaq və Qarabağa status əldə etmək üçün danışıqlar prosesinə başlamağa çalışır.

Rusiya isə idarə olunan bir münaqişə yartamaqla Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməməsidə maraqlıdır. Amma, Rusiya Fransa qoşunlarının Ermənistana göndərilməsini istəmir. N. Pşainyanın Fransa ordusunu Ermənistana dəvət etməkdə əsas məqsədini Azərbaycanla böhrana görə etdiyini qeyd etsədə əsasən, Rusiyaya qarşı yönəlmiş bir addımdır. Bununla da Rusiya hərbiçilərini ölkəsindən çıxarmaq, Qərbin dayaqlarını  Ermənistanda möhkəmlətməkdir.

Ermənistan uğrunda Avropa İttifaqı və Fransanın Rusiya ilə mübarizəsi yeni mərhələyə keçib. Bu proseslər davam etdikcə, Ermənistan üç tərəfli razılaşmalara getməyəcək.  Fransanın Ermənistan vasitəsilə verdiyi təkliflər ilə  Azərbaycana təzyiq etməsi fonunda  Qərbin hazırkı siyasəti uğurlu olmayacaq. Əgər, Fransa və Avropa İttifaqı üçtərəfli razılamlara dəstək verəcəklərsə, Ermənistan siyasətləri uğurlu ola bilər.

Ümumi porses gərgin olaraq qalır və Azərbaycan mütləq şəkildə Ermənistana ciddi təzyiqlər edib, üç tərəfli razılaşmaların yerinə yetirilməsinə nail olmalıdır. Bu, siyasi gedişatla müəyyən qədər Rusiya da Azərbaycanla hesablaşır.

Visiontv.az