Fransa və Almaniya Avropa İttifaqının sülh təşəbbüslərinə qarşı çıxır
Fransa və Almaniya Avropa İttifaqının sülh təşəbbüslərinə qarşı çıxır
03.03.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıda Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçiliyinə qarşı çıxdı. Moskvanın özünün vasitəçiliyini regionda sülhə xidmət edəcəyini vurğuladı.

Rusiyanın vasitəçiliyi ilə iki il ərzində imzalanan bəyanammə və sənədlər kağız üzərində qalıb. Moskva irəliləyişlərə imkan verməyib. Amma, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə müsbət irəliləyişlər əldə edilir. Bu da Moskvada ciddi narahatçılıq yaradır. Məhz N. Paşinyanda Rusiyanın vasitəçiliyində deyil, Qərbin vasitəçiliyində maraqlıdır.

Rusiya Qarabağda erməni icması ilə Azərbaycan arasında görüşdə vasitəçilik edir. Bununla Azərbaycana mesaj verir ki, Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyinə üstünlük verilərsə, "erməni icmasının" reinteqrasiyasına dəstək verəcəm. Ermənistana da mesaj verir ki, artıq Azərbaycanın mövqeyini dəstəkləyirəm.

Azərbaycan üçün fərqi yoxdur istər, Brüsseldə istərsə, Moskvada maraqlarına uyğun danışıqlara gedəcək.

Artıq Fransa və Almaniya Avropa İttifaqının sülh təşəbbüslərinə qarşı çıxaraq "Qarabağın müstəqilliyindən" danışırlar. Görünür, Arayik Arutunyanda məhz Fransa və Almaniyadan gələn açıqlamara boylanaraq "müstəqillikdən" danışır. Bir sözlə, həm Moskva, həm də Qərb timsalında Fransa və Almaniya "erməni icmasi" kartından istifadə edərək regionda real sülhün əldə edilməsinə qarşıdır.

Belə götürdükdə, Azərbaycan silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməli, "Laçın" dəhlizində Nəzarət buraxılış məntəqəsi qoymaqla hər iki tərəfin əlindən Xankəndi kartına son qoymalıdır. Yoxsa, proses uzadılır.

 politoloq Məhəmməd Əsədullazadə

visiontv.az