Fransa prezidentliyinə namizədin Xankəndinə gəlməsi Moskvanın razılığı ilə həyata keçirilib
Fransa prezidentliyinə namizədin Xankəndinə gəlməsi Moskvanın razılığı ilə həyata keçirilib
23.12.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyəti Azərbaycanın təhlükəsizliyini və suverenliyini təhdid edəcək bir mərhələyə keçib.

İlk növbədə  Rusiya sülhməramlı adlanan hərbiçiləri xarici ölkə vətəndaşlarının "Laçın" dəhlizindən Azərbaycan ərazisinə daxil olmasının qarşısını almalıdır.

Göründüyü kimi, "sülhməramlılar" bele qanunsuz səfərlərin nəinki qarşısını alır, Fransanın prezidentliyə namizədin Azərbaycan ərazisinə keçməsinə şərait yaradır. Bu, Azərbaycana qarşı separtizmə dəstək verməkdir və burada sülhməramlı qüvvələrinin rolu daha da qabarıqdır.

Artıq Azərbaycan Laçın dəhlizində post qurmalıdır. Prezidentliyə namizədin "Laçın" dəhlizindən keçib Xankəndinə gəlməsi birbaşa Moskvanın razılığı ilə həyata keçirilib. Çünki bu sıradan səfər deyil, Rusiya müdafiə nazirliyinin icazəsi və siyasi təlimat olmasa belə bir səfə reallaşmazdı. Azərbaycan Rusiya ilə bu məsələni ciddi şəkildə müzakirə etməlidir. Rusiya çalışır ki, Qarabağda ermənilər subyekt kimi tanınsın.

Azərbaycanın razılığı olmadan qanunsuz bu səfərlər və buna Rusiya hərbiçilərinin şərait yaratması göstərir ki, sülhməramlı qüvvələrin Qarabağdan çıxarılması üçün 4 ildən sonra hərəkətə keçməliyik.

Azərbaycan Ermənistandan da belə səfərlərin təşkilinə son verilməsini tələb etməlidir. Bu normallaşma prosesinə kölgə salır.
Fransa prezidentliyə namizədin Qarabağa qanunsuz səfəri son günlər Makron və Putin arasında telefon danışıqlarında razılaşdırılması mümkündür.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq

Visiontv.az