Fransa jandarmaları Paşinyanı Rusiyanın çevriliş cəhdindən qoruyacaq
Fransa jandarmaları Paşinyanı Rusiyanın çevriliş cəhdindən qoruyacaq
23.02.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Avropa İttifaqının Ermənistanla Azərbaycan sərhəddinə göndərdiyi mülki missiya adında müşahidə qurpu əsasən silahlı franslz jandarmlardan ibarətdir. Belə bir qrupu mülki missiya adlandırmaq olmaz. Hətta müşahidə missiyasının silahlı olacağı barədə erməni ictimaiyyətinə məlumat verilməyib.

Görünür, fransızlardan ibarət silahlı jandarma sərhəddə müşahidə missiyası adi ilə birbaşa N. Paşinyanı Rusiyanın çevriliş cəhdindən qoruyacaq. Demek olar ki, Fransanın silahlı hərbiçiləri birbaşa Ermənistanda N. Paşinyanı qoruma altına alıb. Və Ermənistan Rusiyanın deyil, Fransanın forpostluğunu qəbul etdi.

Avropa İttifaqının Azərbaycanla sərhəddə göndərdiyi mülki adı qoyduğu 200 nəfərdən ibarət qrup birbaşa silahlı dəstələrdən ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə Rusiyanın deyil, Fransanın hərbiçilərini yerləşdirməklə, "təhlükəsizliyini" Parisə verir.

Məhəmməd Əsədullazadə

visiontv.az