22.07.2019
Axtar
Ölkə
alt

“Formula 1” qrupu ilə müqaviləni uzatmaqla Azərbaycan 50 milyon dollara qənaət edəcək

"Formula 1" qrupu ilə əməkdaşlıq müqaviləsini 2023-cü ilədək uzatmaqla Azərbaycan 50 milyon dollara qənaət edə bilər.

Visiontv.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nigar Arpadarai "Formula 1" yarışlarının keçirilməsinin iqtisadi və sosial faydası" mövzusunda "dəyirmi masa" zamanı deyib.

N.Arpadarainin sözlərinə görə, müqavilənin uzadılması Azərbaycana yeni gəlir mənbələri əldə etməyə imkan verir, eyni zamanda bu mənbələrdən, eləcə də sponsorluqdan əldə olunan gəlirlər 50 milyon dollara qənaət etməyə imkan verəcək:

"2016-2017-ci illərdə Azərbaycan yarışlardan ümumilikdə 277,3 milyon dollar gəlir əldə edib. Bunlardan 164,2 milyon dolları birbaşa gəlirlərdir. Eyni zamanda 2016-cı ildən bugünədək dolayı gəlirlərin həcmi 14,9 milyon dollar təşkil edib".

Şərh yazın