“Forbes”: "Ya sülh, ya revanş"
10.07.2026

“Forbes”də Ilan Berman tərəfindən dərc olunan məqalə açıq mesaj verir. Deyir ki, Ermənistan artıq yol ayrıcındadır.

Paşinyan hakimiyyəti ölkəni: Rusiyadan uzaqlaşdırır. Qərbə yaxınlaşdırır. Azərbaycanla sülhə aparır. Amma əsas problem hələ də qalır. Ermənistan Konstitusiyası Azərbaycana qarşı ərazi iddialarını saxlayır. Bu nə deməkdir? İrəvan bir tərəfdən sülhdən danışır, digər tərəfdən hüquqi olaraq münaqişəni açıq saxlayır. Bu isə sülh deyil. Bu, təxirə salınmış münaqişədir. “Forbes” belə yazır.

Məqalənin sərt mesajı budur: Konstitusiya dəyişməsə, sülh olmayacaq. Yəni “Forbes” rəsmi Bakının mövqeyini yüzdə yüz haqlı sayır. Çünki Ermənistanda sabah istənilən hakimiyyət həmin maddələrə əsaslanıb yenidən Azərbaycana qarşı ərazi iddiası qaldıra bilər. Müəllif açıq yazır ki, Rusiya bu prosesi dayandırmaq istəyir, Ermənistanı yenidən öz orbitinə qaytarmağa çalışır. Yəni məsələ təkcə Ermənistan deyil. Bu, böyük güclərin oyunudur. Məqalədə deyilir ki, Ermənistanın qarşısında iki seçim var: Ya Konstitusiyanı dəyişib real sülhə gedəcək, ya da köhnə iddialarla yeni böhrana sürüklənəcək…

Elbəyi Həsənli

visiontv.az