Fırıldaqçılardan möhtəşəm əsər gözləməyə dəyməz - Elbəyi Həsənli
Fırıldaqçılardan möhtəşəm əsər gözləməyə dəyməz - Elbəyi Həsənli
20.04.2021 Elbəyi Həsənli Tərəfindən

Steven Sim şotlandır. Düz 30 ildir ki, qondarma erməni soyqırımı ilə bağlı filmlər çəkir. Onun son filmi “The Hidden Map” (Gizli qalmış xəritə) adlanır. Filmdə söhbət Los-Ancelesdə yaşayan Ani Hovannisyandan gedir. Onun əcdadları Osmanlı imperiyasından qovulan insanlardır.

Düşünə bilirsizmi, Steven Sim bu erməni xanımla Türkiyəyə gedir. Orada Türkiyəni erməni soyqırımında ittiham edən film çəkir. Türkiyənin şərqini qədim erməni torpaqları kimi təbliğ edir...

Mən ermənilərlə açıq təbliğat müharibəsinin tərəfdarıyam. Hesab edirəm ki, bu müstəvidə bizim deyə biləcəyimiz söz daha kəskin və daha keçərli ola bilər...

Qərb ölkələrinin, xüsusən İngiltərə və Fransanın silahlandırdığı ölkələr, əlbəttə, bu sırada Rusiya da öndə gedir, Türkiyə, Azərbaycan, İran (Azərbaycan hissəsi), Gürcüstan, indiki Ermənistan ərazisi, Dağıstan, Hətta Xəzərin o tayında-Orta Asiyada türklərə (bütövlükdə müsəlmanlara qarşı) qırğınlar törədiblər. Tarixi qaynaqlar, bu faktı özündə əks etdirən mənbələr ortadadır.

Ancaq biz bu materialları beynəlxalq səviyyədə qəbul oluna biləcək şəkildə ortaya qoya bilmirik. Təbii ki, bizdə də bu işi görə biləcək sənətkarlar var. Amma onlara imkan vermirlər. Bu məsələ ilə bağlı ayrılan pullar da fırıldaqçıların cibinə axır. Onların ortaya qoyduğu film isə heç bir şeyə yaramır. Zatən, fırıldaqçıdan möhtəşəm əsər gözləməyə də dəyməz...

Bizdə olan bu boşluqdan ermənilər məharətlə istifadə edirlər. Və beynəlxalq səviyyədə anti-türk təbliğatı aparırlar. Bu təbliğatda maraqlı olan Qərb ölkələri də onlara geniş meydan verir.

Bu vəziyyəti dəyişmək lazımdır. Bu dəyişikliyi isə fırıldaqçılar yox, anca və ancaq namuslu sənət adamları həyata keçirə bilər. Onlara da bir şans tanıyın ki, ortaya ciddi bir əsər qoya bilsinlər...

Visiontv.az