Finlandiyada azərbaycanlının meyiti tapılıb
02.08.2021

Finlandiyanın Rauma rayonu yaxınlığında azərbaycanlı Rauf Əliyevin meyiti tapılıb. Onun kimliyi üstündə aşkar olunmuş sənədlə müəyyənləşdirilib.

Təxminən 40-42 yaşlı azərbaycanlının nəşi milliyyətcə rus xanımına təhvil verilib. O, restoran biznesində çalışırmış.

Polis ölümün səbəbini araşdırır. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Report