FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir - VİDEO
10.12.2019

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN))müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

Bu barədə Visiontv.az-a FHN-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.