FETO əməliyyatında 35 şübhəli saxlanılıb
FETO əməliyyatında 35 şübhəli saxlanılıb
04.10.2022 MEDİA Tərəfindən

İstanbulda fəaliyyətini davam etdirən Fətullahçı Terror Təşkilatının (FETO) strukturlaşmasına qarşı keçirilən əməliyyatda 35 şübhəli saxlanılıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsinin koordinasiyasında FETO Silahlı Terror Təşkilatının hazırkı təlim strukturunun deşifrə edilməsi istiqamətində işlərə başlanılıb.
İşlərin tamamlanmasının ardından ünvanları müəyyən edilən 40 şübhəlinin tutulması üçün eyni vaxtda əməliyyat təşkil edən qruplar, 35 şübhəlini yaxalayıb.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Əməliyyat çərçivəsində ünvanlarında olmayan, qaçan şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir. 

İlahə Əliyeva