Ferhat Göçer Bakıda "Gəncədən gəlirəm" oxudu
11.07.2022

Məşhur müğənni Ferhat Göçer növbəti dəfə Bakının qonağı olub.

Visiontv.az xəbər verir ki, paytaxt məkanlarından birində çıxış edən Göçer sevənlərini təəccübləndirib. Belə ki, o, səhnədə "Gəncədən gəlirəm" mahnısını ifa edib. 

Müğənninin bu addımı pərəstişkarları tərəfindən maraqla qarşılanıb. Konsertdən lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq çox bəyənilib. 

BAKU.WS