Fələstin-İsrail münaqişəsi Türkiyənin bu məsələyə daxil olması ilə həll ediləcək - Azər Qasımov
10.06.2021

Türkiyə ilə Fələstin arasında "güvənlik və iş birliyi müqaviləsi" imzalanıb. Bu müqavilə ilə Türkiyə Fələstin polisinə liviyada olduğu kimi təlim verəcək, silah təminatına yardım edəcək. Bu qərar R.T.Ərdoğan tərəfindən imzalanıb və rəsmi qüvvəyə minib.

Bu qərar tarixi qərardır, hesab etmək olar ki, Fələstin və Israil xalqlarının bundan sonra sülh içərisində yaşamasını təmin edəcək. Bu, bölgədə kök salmış və öz maraqları naminə fələstin xalqını İsrailə qarşı təzyiq vasitəsi kimi istifadə edən İran fars rejiminin fəaliyyətini məhdudlaşdıracaq, zamanla bölgədən çıxarmaqla Fələstin-İsrail arasında qalıcı sülhü təmin edəcəkdir. Türkiyə olan yerdə ədalət vardır və bu fəaliyyət, eyni zamanda, İsrailin təhlükəsizliyinə şərait yaradacaq.

Türkiyənin regionda olması Israillə olan soyuq münasibətlərin yenidən bərpa olunmasını labüd edəcək ki, bu əlaqələrin bərpa olunmasında Azərbaycan da öz müsbət rolunu oynaya bilər. Hesab edirəm ki, yaxın gələcəkdə bir əsrə yaxın müddətdə davam edən Fələstin-İsrail münaqişəsi Türkiyənin bu məsələyə daxil olması və Azərbaycanın da köməyi ilə həll ediləcək.

İsrail xalqı və dövləti fəaliyyətə başlayacaq yeni hakimiyyətlə birlikdə Türkiyənin bu fəaliyyətini doğru qiymətləndirib, öz dostluq əlini yenidən Türk dostlarına uzatmalldır deyə düşünürəm.

Visiontv.az