“Fəlakət” ilk dəfə qızının üzünü göstərdi
18.12.2019

"Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucov ilk dəfə qızının görüntülərini paylaşıb.

Visiontv.az axsam.az-a istinadən xəbər verir ki, o, övladı Selinin 1 yaşının tamam olduğunu söyləyib.

Elşən şəkillərə "İlk yaşın mübarək, qızım Selin" şərhini yazıb.

Qeyd edək ki, Elşən İlahə adlı xanımla ailə qurub. Bir müddət əvvəl onların ayrılıq xəbəri yayılmışdı.