"Facebook"dan gözlənilməz yenilik
04.09.2019

"Facebook" şirkəti İnstaqramdan sonra Feysbukun özündə də "like" saylarının göstərilməsini aradan qaldıracaq.

VisionTV.az axşam.az-a istinadən xəbər verir ki, şirkətə yaxın mənbələr bunun tezliklə gerçəkləşəcəyini bildirir.

Qeyd edək ki, hazırda bir neçə ölkədə İnstaqramda "like" sayının görülməsi məhdudlaşdırılıb.