“Facebook” və “Instagram” Süleymanini dəstəkləyən yazıları silir
11.01.2020

"Facebook" şirkəti həm öz şəbəkəsində, həm də ona məxsus olan "Instagram"da iranlı general Qasım Süleymanini dəstəkləyən yazıları silir.

Visiontv.az xəbər verir ki, "Facebook" şirkəti ABŞ-ın sanksiyaları altında işlədiyini qeyd edib.

Bildirilib ki, "ABŞ-ın qara siyahısı"na salınan şəxsləri tərifləyən və ya hərəkətlərini davam etdirməyə çağıran şəxslərin hesabları silinir.

Kanalın bildirdiyinə görə, İranda insanları sosial şəbəkələri boykot etməyə çağırıblar və hesabın silinməsi ilə bağlı şikayətlər üçün hökumətin saytında bir bölmə yaradılıb. Qeyd olunur ki, İran İslam Respublikasında "Facebook" və "Twitter"ə giriş qadağan olunub və ötən ilin noyabrında internet bağlanıb.

oxu.az