25.01.2020
Axtar
Gündəlik
alt

Ev almaq istəyənlərə şad xəbər - Güzəştli mənzillərin satışı başladı

Evi olmaq istəyənlərin nəzərinə! Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayıb

Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayıb.

Visiontv.az  xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında satış bu gün saat 11:00-da başlayır və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək.

Satışa ümumilikdə 154 mənzil çıxarılıb.

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portal üzərində (www.e-gov.az) "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir./xezerxeber.az

Şərh