24.010.2019
Axtar
Gündəlik
alt

Əsrimizin qlobal xəstəliyi- Autizm

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 61, Uşaq Bərpa Mərkəzində isə 20 autizm sindromlu uşaq qeydiyyatdadır.

Dünya əhalisinin təxminən 1 faizi, 70 milyon insan autizm sindromludur. Azərbaycanda autizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar.

 

Trend-ə istinadən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qurumun tabeliyindəki Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində autizm sindromlu uşaqlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.

 

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 61, Uşaq Bərpa Mərkəzində isə 20 autizm sindromlu uşaq qeydiyyatdadır.

 

Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb olunurlar. Adı çəkilən müəssisələrdə bu kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılmış, həmin uşaqlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur.

 

Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrinin bir istiqaməti də autizm xəstəliyi olan uşaqları əhatə edir. Müvafiq layihə çərçivəsində həmin kateqoriyadan olan uşaqlara defektoloji və psixoloji yardımlar göstərilir.

Vurgulayaq ki, dünən dünya autizm məlumatlandırma günü idi.  Azərbaycanda da autizmli uşaqların sayı artmaqdadır günü -gündən.  Qeyd edək ki, autizmin bir neçə forması var. Bəzi uşaqlarda xəstəliyin simptomları az gözə çarpır,  digər uşaqlarda isə ağır formada olur  xəstəlik və uşaq digər insanlarla heç bir əlaqəyə girmir.

Adətən bu xəstəliyin diaqnozu uşağa 3 yaşından sonra qoyulur.  Autizmli olan uşağın adi uşaqla olan fərqi tez nəzərə çarpır. Adətən valideynlər ilk dəfə həkimlərə bu kimi şikayətlərlə müraciət edirlər ki, uşaq digər uşaqlarla oynamır, danışmır, onun üçün yeni olan şəraitdən qorxur və s. 

Şərh