17.011.2019
Axtar
Ölkə
alt

Əsgərlərimiz ekskovatorçu şəhidin qisasını aldı – Düşmən itki verdi

Ermənistan ordusu Tavuş vilayəti istiqamətində itki verib.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan əsgərlərinin açdığı cavab atəşi nəticəsində müqaviləli-hərbçi Muşeq Jirayroviç Abovyan başından güllə yarası alıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib.

Tavuş vilayətinin Koxb kənd sakini olan M.Abovyanın 28 yaşı var imiş.

Erməni mediası xəbər verir ki, Tavuş vilayətində daha bir hərbçi Azərbaycanın cavab atəşi ilə yarlanıb və Noyembryandakı hospitala yerləşdirilib.

Qeyd edək ki, dünən bu istiqamətdə Azərbaycanın mülki vətəndaşı, ekskovatorçu erməni gülləsinin qurbanı olub.

Şərh