Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq
10.07.2026

Delimitasiya və ekzklavlar məsələsi isə birmənalı olaraq Alma-Ata Bəyannaməsi əsasında həll ediləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Konstitusiyasına dəyişiklik və anklavlar barədə tələblərini şərh edərkən bu fikirləri səsləndirib.

Baş nazir vurğulayıb ki, Yerevan daxili məsələlərini xarici siyasət arenasında müzakirə etmək niyyətində deyil – bu, prinsipial mövqedir. Onun fikrincə, Konstitusiya islahatları isə hakim partiyanın seçkiqabağı proqramının tərkib hissəsidir və seçkilərdə onu 726 min vətəndaş dəstəkləyib. Sərhədin delimitasiyası, eləcə də anklav və ekzklav probleminin tənzimlənməsi mövzusuna toxunan baş nazir bildirib ki, Ermənistan da bu məsələnin həllində eyni dərəcədə maraqlıdır, çünki erməni ekzklavı olan Artsvaşen (Başkənd) kəndi de-fakto Azərbaycanın nəzarəti altındadır. Paşinyan ekzklav probleminin iki mümkün həll yolunu açıqlayıb: ya ərazilər SSRİ dağılanda hansı ölkəyə məxsus idisə, həmin ölkənin tərkibində qalır, ya da tərəflər sərhədboyu ekvivalent sahələrin dəyişdirilməsi barədə razılığa gəlirlər.

visiontv.az