Ermənistanın NATO-nun təlimlərinə qatılmamasına Rusiya icazə vermir-Məhəmməd Əsədullazadə
Ermənistanın NATO-nun təlimlərinə qatılmamasına Rusiya icazə vermir-Məhəmməd Əsədullazadə
22.07.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Gürcüstanda ABŞ-la birgə NATO-nun “Agile Spirit 2021” çoxmillətli hərbi təlimlər keçirilməsi regionda Qarabağ müharibəsindən sonra, yeni bir siyasi-hərbi müstəviyə keçid kimi xarakterizə etmək olar. Bu kimi təlimlər 2011-ci ildən keçirilsə də,regionda əhəmiyyətli bir dönüşə imza atmayıb. Çünki, regionda ümumi əməkdaşlığı ləngidən Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın ərazilərinin 20% işğalda saxlaması olub.

Azərbaycanın Ermənistan üzrində hərbi qələbəsi və ərzilərini işğaldan azad etməsi, Cənubi Qafqazda yen bir rəqabətin yaranmasına gətirib çıxardı. Artıq, Gürcüstanda keçirilən bu təlimlər regiondaa ümumi təhlükəsizliyin təmininə və NATO-nun regionda mövqelərinin güclənməsinə gətirib çıxarcaq. Azərbaycanda qalib ölkə kimi bu təlimlərdə iştirak edəcək.

Ölkəmizin bu kimi təlimlərdə iştirakı NATO və ABŞ -la hərbi-texniki əməkdaşlığı yeni bir müstəviyə qaldıracaq. Ölkəmizin regionda mövqelərini yüksəldəcək. Belə bir təlimlərin Azərbaycanda da keçirilməsi mümkün ola bilər. Bu təlimlər Xəzər hövzəsində Azərbaycana qarşı mümükün riskləri neytrallaşdıra bilər. Təbii ki, Türkiyənin moderatorluğu ilə NATO təlimlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın təhlükəsizliyinin güclənməsinə xidmət edə bilər. Azərbaycan NATO və ABŞ -la hərbi əməkdaşlığı inkişaf etdirəcəksə,  Azərbaycana hərbi texniki dəstək veriləcək.

Ermənistanın NATO-nun bu təlimlərinə qatılmaması əsasən, Rusiyanın icazəsi ilə baş tutmur. Ən vacib məqam isə, müharibədə məğlub və darmadağın olmuş  bir ordunun belə bir təlimlərdə hansı məqsədlə, həmçinin qalib Azərbaycan əsgəri ilə  birgə yanaşı olması Ermənistan üçün gülünc durumdur. Ona görə də belə bir təlimlərdə iştirak edilmədi.