Ermənistanın bütün yükünü öz üzərinə götürən Putin artıq hər şey dedi
Ermənistanın bütün yükünü öz üzərinə götürən Putin artıq hər şey dedi
27.11.2021 Sahib Alıyev Tərəfindən

Xatırlayırsınızsa, Soçi üçlü görüşü öncəsi Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirmişdi ki, onlarla "dəhliz məntiqi"ylə danışmaq olmaz.

Azərbaycan Prezidenti cənab İlham Əliyev isə deyirdi ki, Ermənistan isətsə də, istəməsə də Zəngəzur dəhlizi  açılacaq. 

Görüşdən sonra keçirilən brifinqdə  Rusiya Prezidenti Vladimir Putinin iqtisadi əlaqələrin yaradılmasının ilkin mərhələsi kimi məhz nəqliyyat dəhlizlərinin açılacağının anonsunu verdi.

O, Azərbaycanın bir tələbini də dilə gətirdi ki, söhbət burada təkcə dəmir yolundan yox,  dövlət başçısının Rusiyayla əlaqələrin strateji tərəfdaşlıqdan da yüksədə durduğunu və iki dövlət arasında qarşılıqlı güvənin Ermənistanla da bir sıra həssas məsələlərin həllinə kömək etdiyini vurğulaması Soçi görüşünün 10 noyabr 2020-ci il üçlü bəyanatı atmosferinə uyğun bir şəkildə keçdiyini təsdiqləyir. 

Brifinqdə təbii ki, Nikol Paşinyan da nəsə dedi. Amma onadək Ermənistanın  sərhədlərinin qorunmasından tutmuş təhlükəsizliyinədək bütün yükü öz üzərinə götürən Rusiyanın rəhbəri tərəfindən artıq hər şey deyilmişdi.

Millət vəkili Sahib Alıyev

Visiontv.az