Ermənistanın MN Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi - VİDEO
08.06.2020

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan istefa məktubu yazıb.

Visiontv.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Yüksəkçinli hərbçinin istefasının səbəbi oğlunun toyu ətrafında yaranan qalmaqaldır.

İyunun 7-də fövqəladə vəziyyət şəraitində baş tutan Davtyanın oğlunun toyu ilə əlaqədar mətbuatda məlumat gedib. Baş Qərargah rəisi oğluna dəbdəli toy mərasimi təşkil edib və orada Müdafiə Nazirliyinin rəsmiləri də daxil olmaqla, 100-dən çox qonaq iştirak edib.

Xatırladaq ki, Artak Davtyan 24 may 2018-ci il tarixində Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunmuşdu.