Ermənistanın Azərbaycanla tezliklə sülh müqaviləsi bağlaması real görünmür
Ermənistanın Azərbaycanla tezliklə sülh müqaviləsi bağlaması real görünmür
16.05.2022 MEDİA Tərəfindən

Ermənistanın Azərbaycanla qisa müddətdə sülh müqaviləsi bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbaycan üçün qəbuledilməzdir və bununla da rəsmi Yerevanın real sülhə gəlməsi polimikadır.

Ermənistanın xüsusi tapşırıqlar üzrə elçisi Edmon Marukyan qeyd edir ki, Qarabağın statusu və xalqların müqəddaratı danışıqlarda prioritet olmalıdır.

Ermənistanın təklif etdiyi 3-cü bənddə isə deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə “Dağlıq Qarabağın” yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir.

Göründüyü kimi N. Paşinyan daxildə müxalifətin etirazlarından çəkinərək belə bir bəndi danışıqlara gətirib. Həmçinin təklifdə Minsk qrupunun fəaliyyəti də qeyd edilir. Təbii ki, Ermənistanın bu mövqeyi qəbuledilməzdir. Azərbaycan tərəfi Ermənistanı növbəti dəfə danışıqlarda praqmatik mövqe tutmaq üçün dövlət sərhəddində güc tətbiq etməlidir. Ki, erməni müxalifəti və Paşinyan reallıqları qəbul etsin.

Danışıqları bu istiqamətdə aparmaq qeyri-mümkündür və Ermənistan hakimiyyəti Qarabağ deyib duracaqsa, sülh üçün bütün qapılar bağlanmalıdır.

Məhəmməd Əsədullazadə

siyasi şərhçi

visiontv.az