Ermənistanı revanşizmə sürükləmək istəyən çevrələr var - Deputat Sahib Alıyev
Ermənistanı revanşizmə sürükləmək istəyən çevrələr var - Deputat Sahib Alıyev
21.12.2020 Sahib Alıyev Tərəfindən

Milli Məclisin deputatı Sahib Alıyev son günlər Ermənistanda bəzi qüvvələrin Qarabağda təxribat törətmək cəhdlərinə münasibət bildirirb. Deputat Visiontv.az-a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib.

-Müharibədən sonra Ermənistanda bəzi qüvvələr Qarabağda təxribatlar törətmək üçün bu bölgəyə silahlı dəstələr, diversiya qrupları göndərir. Sizcə bu qüvvələrin məqsədi Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı birgə bəyyannaməni pozmaqdır, yoxsa savaşla barışmayan qüvvələrin revanş götürmək cəhdidir?

-İlk öncə onu deyim ki, Ermənistanı revanşizmə sürükləmək istəyən çevrələr var. Qərb çevrələri olduğunu ölkə başçısı cənab  İlham Əliyev MDB dövlət başçılarının videokonfras çərçivəsində keçirilən zirvə görüşündə də bildirdi. Eyni zamanda cənab prezident konfransda onu da bildirdi ki, atəşkəs indidən sonra daha da möhkəmləndiriləcək. Bilirsiniz bu ordakı operativ vəziyyətə tam nəzarət edən dövlətin başçısının bəyanatı idi və təmamilə reallığa uyğun idi.

-Son günlər bəzi mətbuat səhfələrində o cümlədən visiontv.az saytında belə bir məlumat verdik ki, Qarabağda fəailiyyət göstərən həmin diversiya dəstələrinin fəailiyyətində Rusiya ilə münasibətləri korlamaq istəyən Avropanın bəzi gücləri maraqlıdır. Konkret olaraq bu dəstələrə İrəvanda mərkəzi olan Fransa Müdafiə Nazirliyinin Baş Xarici Təhlükəsizlik İdarəsinin (Direction générale de la Sécurité extérieure, DGSE) əməkdaşları bir başa nəzarət edir və əmrlər verir. Bu cür məlumatların nə dərəcədə həqiqət payı var?

-Fransa hərbi kəşfiyyatının ordakı bəzi terrorçu qüvvələri dəstəkləməsi ilə bağlı əlimdə konkret faktlar olmadığından bunu nə təsdiqləyə, nə də inkar edə bilməyəcəm. Amma tarixdə Fransanın Hay terrorçuları ilə sıx əməkdaşlıq etməsini təstiqləyən xeyli faktlar var. Həmin faktlardan biri də 1983-cü ildə Parisdəki Orli hava limanında terror aktı baş verəndən sonra meydana çıxmışdır. Bəlli olmuşdur ki, 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə qarşı terror aktı törədənlər başda  Montebir Koydor olmaqla Fransa kəşfiyyatı ilə ASALA terrorçu qruplaşması arasında gizli anlaşma olmuşdur ki, onlar Fransanın bütün hava limanlarını nəzarətsiz istifadə edə bilərlər təki Fransa ərazisində terror hadisəsi törətməsinlər. ASALA Fransanın hava limanında terror aktı törətdi. Bu terror aktından ölən 8 nəfərdən məhz 6-ı Fransa vətəndaşı idi. Bununla demək istəyirəm ki, Frasnsa bu qəbildən olan hərəkətləri ilk növbədə özünə qarşı yönəlir və yönələcək. Biz artıq Fransanın bu hərəkətlərinə qarşı Azərbaycanın atdığı aasimetrik addımları görürük. Bu hər iki ölkənin əməkdaşlığında özünü göstərir.  Xatırladım ki, bu regionun Fransanın iqtisadi əlaqələrinin 3/2-i məhz Azərbaycanın payına düşür. Amma elə bu ilin statistikası göstərir ki, həmin göstərici xeyli azalıb. Əminəm ki, gələn il bu daha çox azalacaq.