Ermənistanda tanınmış şəxslərin sərhədyanı bölgəyə səfəri qadağan edilib
07.08.2020

Ermənistan silahlı qüvvələri baş qərargahı deputatların, vəzifəli şəxslərin, iş adamlarının və tanınmış ictimai xadimlərin Azərbaycanla sərhədyanı bölgələrə səfər etməsi ilə bağlı müraciətinə rədd cavabı verib.

Visiontv.az Report-a istinadən xəbər verir ki, məlumatı “Joxovurd” yayıb.

Bildirilib ki, 2016-cı ilin aprel döyüşləri zamanı əraziyə gəlib selfi edənlər çox olub. Ancaq o vaxtdan fərqli olaraq indi sərhəd bölgəsinə səfər etməsinə, əsgərlərlə görüşməsinə qadağa qoyulub.

Qərargah bunu koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqələndirib.