Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artır
28.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

Visiontv.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 2241 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 21 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 82651-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1243 nəfər virusdan ölüb.