Ermənistanda baş verən siyasi proseslərin Azərbaycanla münasibətlərə təsiri qaçılmazdır
Ermənistanda baş verən siyasi proseslərin Azərbaycanla münasibətlərə təsiri qaçılmazdır
09.02.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Hazırda Azərbaycan, Rusiya və Ermənistan birgə üç tərəfli komissiyası çalışır. Bu komissiyasnın işi sərhədlərin müəyyənləşməsi və nəqliyyat-kommunikasiyaların açılmasına hesablanıb.

Əgər, Ermənistanda çevrliliş olarsa, R. Koçaryan hakimiyyəti zəbt edərsə, poroseslər 180 dərəcə dəyişə bilər. İlk növbədə Azərbaycana qarşı münasibətlər kəskinləşərək Qarabağa iddialar yenidən baş qaldıracaq. Təbii ki, Rusiyada Ermənistanda R. Koçaryanın hakimiyyətə gəlməsində maraqlıdır.

Məhz R. Koçaryanı ona görə təlimatlandırıb meydana göndəriblər ki, Ermənistanda siyasi vəziyyəti mürəkkəbləşdirsin, hərbi çevrilişə əl atılsın. “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda” hərəkatın yaradılması R. Koçaryanın planıdır və xalq məhz buna görə R. Koçaryana dəstək verməyəcək.
Qeyd edim ki, bu gün Azərbaycanla Ermənistan üç tərəfli komissiyada iştirakı məhz N. Paşinyanın istəyi ilə reallaşıb. Məhz N. Paşinyanın əsas hədəfi Ermənistanı blokadadan çıxarmaqdır. Həmçinin Azərbaycanla münasibtələrin kəskinləşməsində maraqlı deyil.  ABŞ prezidenti C. Baydenin Ermənistana diqqət artıracağı, Rusiyanın bu ölkədə mövqeyinin zəifləməsi istiqamətində Paşinyana ciddi dəstək verəcək. Ona görə də Rusiya bu proseslərdən narahatdır və R. Koçaryan vasitəsi ilə Ermənistadan da siyasi porsesləri nəzarət altına alamağa çalışır. Rusiya maksimum çalışacaq ki, R. Koçaryan vasitəsilə müxalifəti toparlasın və parlament seçkilərində ciddi iğtişaşa gətirib çıxaracaq bir xaos formalaşdırsın. Hazırda R. Koçaryanın əsas missiyası Ermənkistanda siyasi vəziyyəti mürəkkəbləşdirmək, Azərbaycanla yeni problemə getməkdir. Rusiyanın maraqlarını tam regionda bərpa etməkdir. R. Koçaryanın bu planın qarşısının alınması istiqamətində Nikol Paşinyan ABŞ -ın dəstəyini almağa çalışacaq və apreldən N. Paşinyan müxalifəti zərərləşdirmək üçün yeni mitinqlərə başlayacaq. R. Koçaryanın hakimiyyətə gəlməsi qeyri-mümkündür, amma ölkədə çalışacaq ki, hərbi çevrilişə əl atsın.

Məhəmməd Əsədullazadə

Visiontv.az